Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kitabə

Daş üzərində oyma üsulu ilə yazılmış mətn.

Kita­bələrin əksəriyyəti qədim dövrə aid olan qəbirdaşlarıdır. Onların bir çoxunda vəfat etmiş şəxsin təvəllüd və ölüm tarixi, atasının, babasının adı, həmçinin doğulduğu yer, sənəti də göstərilir ki, belə kitabələr tarixi mənbələr sırasına daxildir. Kitabələri öyrənən elm sahəsi epiqrafika adlanır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti