Düz və bucaqlı cizgilər formasında olan qədim ərəb yazısı, kalliqrafiya üslubu.
Bu xəttin adı İraqın indiki Kufə şəhəri ilə bağlıdır. K.X. əvvəllər nöqtəsiz yazılsa da, sonralar daha da təkmilləşib. K.X.-nin 4 əsas növü var: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. “Qurani-Kərim”in ilk nüsxələri də məhz K.X. ilə yazılıb. Əcəmi Əbubəkr oğlu Naxçıvaninin xəttatlıq məktəbində bu xətt növləri daha çox müşahidə olunur. Möminə xatun türbəsinin giriş qapısında K.X. ilə yazılar verilib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti