Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

macəra romanı

XIX əsrin ortalarında romantizm zəminində yaranmış kəskin süjetli roman janrı.

Meşşanlıqdan uzaqlaşaraq qəhrəmanlıq dünyasına düşmək istəyi romantizmə xas idi və bu cəhət M.R.-nda da özünü göstərir. M.R.-nın əsas vəzifəsi oxucunu tərbiyələndirmək deyil, onu əyləndirməkdir. İlk M.R.-nın müəllifləri Valter Skott (“Kventin Dorvard”, “Ayvenqo”), Fenimor Kuper (“Sonuncu mogikan”, “Ləpirçi”), Viktor Hüqo (“Paris Notr-Dam kilsəsi”), Robert Stivenson (“Dəfinələr adası”), Aleksandr Düma (“Üç muşketyor”, “Kraliça Marqo”) olub. Bir sıra mənbələrdə avantüra romanı da adlanır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

maddeyi-tarix

Şәrq şeirindә bədii mətnlərdə tarixi hadisələrin vaxtını ərəb hərfləri ilə göstərmək üsulu.

M-T.-in ifadə forması əbcəd hesabı idi. Әbcәd hesabına görə, ərәb әlifbasının hәr bir hərfi müәyyәn bir rәqәmi işarə edir: mәsәlәn, әlif – 1, bey – 2, qaf – 100 vә s. A.Bakıxanov “Mişkatül-әnvar” әsәrinin yazılma tarixini aşağıdakı şәkildә göstәrib:

Qәribәdir, tarixi dә doğmuş sanki әsrardan,

Hasil oldu bu adı da bax “Mişkatül-Әnvar”dan.

Buradakı “Mişkatül-әnvar” ifadәsini әbcәd hesabına çevirdikdə hicri 1245-ci ilə tәsadüf edir ki, bu da miladi tarixin 1829-cu ilinә uyğun gәlir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

madriqal

ital. mandre – çoban

Orta əsrlər Avropa poeziyasında erotik və ya vəsf məzmunlu kiçik şeir.

Qadına müraciәtlә yazılıb, onu xoş sözlәrlә təriflәyәn intim şeir növüdür. Formaca idilliyaya bənzəyən M. İtaliyada bukolik poeziyanın bir növü kimi meydana çıxıb, əsasən, mahnı kimi ifa olunub. Sonradan bu janra Petrarka, Bokkaçço kimi məşhur şairlər müraciət ediblər. M.-dan XVIII–XIX әsrlәr rus poeziyasında da geniş istifadə olunub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

manasçı

Qırğız qəhrəmanlıq eposu “Manas” dastanını nəql edən şəxs.

“Manas”, adətən, bir neçə gecəyə söylənir və hər dəfə M. bu eposa yaradıcı yanaşır. O, musiqi müşayiətinə müraciət etməsə də, ifa etdiyi mətnin məzmununa uyğun müəyyən havalardan, mimika və him-cimdən istifadə edir. Ən tanınmış M.-lardan biri Sayakbay Karelayev sayılır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

maska-obraz

Del arte komediyasında, eləcə də müxtəlif xalqların meydan teatrında məşhur personaj maskaları.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti