Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əbcəd hesabı

Bədii əsərlərdə önəmli bir tarixin ərəb əlifbasındakı hərflərlə işarəsi.

Ərəb əlifbasındakı hərflərin hər biri hansısa rəqəmi ifadə edir. Hərflərlə rəqəmlərin uyğunluğu belədir: Əlif-1, be-2, cim-3, dal-4, he-5, vav-6, ze-7, ha-8, ta-9, ye-10, kaf-20, lam-30, mim-40, nun-50, sin-60, ayn-70, fa-80, sad-90, qaf-100, ra-200, şin-300, te-400, se-500, xa-600, zal-700, zad-800, za-900, ğayn-1000. M.Füzulinin “Leyli və Məcnun” poemasında rast gəlinən “bir olmaq ilə ol iki aşiq” ifadəsində Ə. hesabı ilə əsərin yazılma tarixini göstərilir. Burada “aşiq” sözünün Ə.H. 70+1+300+100=471-dir. “İki aşiq” ifadəsinə əsasən bu ədədi ikiyə vurmalı, daha sonra isə “bir olmaq” ifadəsinə əsasən üzərinə vahid əlavə etməliyik. Nəticədə 943 ədədi alınır ki, bu da “Leyli və Məcnun” poemasının hicri-qəməri təqvimlə yazılma tarixidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti