fr. personnage < lat. persona – şəxsiyyət, üz
Epik və ya dramatik əsərlərdə hadisələrin iştirakçısı; surət, obraz.
“Qəhrəman”, “obraz” terminlərindən fərqli olaraq personaj lirik əsərlərə aid edilmir. Bu termin, əsasən, әsәrdәki ikincidərәcәli iştirakçılar haqqında işlәdilir. İri epik əsərlərdə yüzlərlə personaj olduğu halda, bir və ya bir neçə qəhrəman olur. Mәsəlәn, L.N.Tolstoyun “Hәrb vә sülh” romanında 500-dәn artıq personaj, 30-a qәdәr qәhrәman vardır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti