Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epitafiya

yun. epitaphios – qəbirüstü

Adətən, mənzum şəkildə olan qəbirüstü yazı, başdaşı yazısı.

E. antik dövrdə yaranıb. Onun səciyyəvi xüsusiyyətləri kiçik həcm, mərhuma müraciət və ya mərhumun yoldan ötənə müraciətidir. Avropa ədəbiyyatında E.-lar müstəqil janr kimi də şairlərin yaradıcılığında yer alıb. Hətta ciddi E.-larla bərabər, parodiya, epiqram səciyyəli E.-lar da yaranıb. Belə əsərlərdə şair zarafatyana özünü, yaxud dostunu ölmüş qələmə verib dirilərə müraciət edir, eyhamlı, yumorlu sözlər söyləyir. Azərbaycan ədəbiyyatında E.-nın qəbirdaşına yazılan növü – kitabə daha çox yayılıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti