Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

siyasi reklam

Cəmiyyətin və ya onun bir hissəsinin siyasi davranışını istiqamət­lən­dirmək, siyasi baxışlarını formalaşdırmaq, yaxud dəyişdirmək məqsədi daşıyan reklam.

S.R. partiyaların, dövlət orqan­la­rının, siyasi həyatda iştirak edən ictimai təşkilatların (şəxslərin) addımlarını, ide­ya­larını, mühüm məsələlərə münasibətini yaymaq, onların təbliğatını aparmaq üsul­ları və vasitələrinin cəmidir. S.R., əsasən, cəmiyyətdə böyük siyasi kampaniyalar həyata keçirilən dövrlərdə (seçki, referendum) vüsət alır, kommersiya xarakteri ­da­şımır, lakin, demək olar, kommersiya reklamı ilə eyni texnologiyalardan yarar­lanır. Bu iki reklam tipi arasında başlıca fərq onların məqsədindədir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

sınaq siqnalı

Efir materialından əvvəl lentə yazılan yoxlama siqnalı.

Əsas ma­te­rialın optimal texniki səviyyəsini müəy­yənləşdirmək üçün lentə həm video (təsvir), həm audio (səs) siqnallar yazılır.

Jurnalistika terminləri lüğəti

slayd

ing. slide – sürüşmək, yerindən tər­pənmək

1. İşığa tutaraq baxmaq, yaxud işıq şüası vasitəsilə ekrana salmaq üçün şəffaf material (lent, şüşə və s.) üzərində pozitiv təsvir, diapozitiv.

S.-ı ekranda nümayiş etdirmək üçün proyektor adlanan cihazdan istifadə olunur.

2. Şəffaf material (lent, şüşə və s.) üzərində pozitiv təsvirin işıq şüası vasitəsilə ekrana salınması üsulu.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

slenq

ing. slang – slenq. Terminin mənşəyi qeyri-müəyyəndir; nisbətən geniş yayılmış fərziyyəyə görə, o, Norveç dilində slengenamn – «ləqəb» anlayışından törəyib

Pe­şə, yaş, sosial əlamətlərinə görə fərqlənən müxtəlif əhali qruplarının dili üçün sə­ciy­yəvi yeni sözlərin, yaxud yeni məna kəsb edən köhnə sözlərin cəmi.

S. termini çox vaxt «dialekt», «jarqon», «vulqarizm», «danışıq dili» anlayışları ilə ey­­niləşdirilir. Əslində, S. anlayışı nitqin ədəbi dil nor­malarına uyğun gəlməyən bütün ele­ment­lərini əhatə edir, bir əhali qrupunun di­lindən digər əhali qrupunun dilinə keçə bilir. Jurnalistikada, xüsusən yeni mediada kompüter şəbəkələrində S.-lərdən geniş istifadə olunur, beləliklə, onlar dildə «kök salır».

Jurnalistika terminləri lüğəti

sloqan

ing. slogan < to slog – güclü vur­ğulamaq

1. Reklam ideyasının qısa, parlaq, yaddaqalan ifadəsi, reklam devizi.

S. – reklam yaradıcılığında xüsusi yer tutur, o yalnız məhsulun satışına deyil, həm də şirkətin imicinə təsir göstərir. Bir çox KİV redaksiyalarının öz S.-ları var; məsələn, «Эхо Москвы» radiokanalının «Radioya qulaq asın, qalan hər şey gö­rüntüdür», «Ekonomist» jurnalının «Mən ­­­­heç vaxt «Ekonomist» oxu­ma­mışam». Me­necer-stajçı. 42 yaş» S.-ları ən uğurlu me­dia devizlərindən saylır. S. ingilis dilində XIX əsrin 80-ci illərində yaranmış termin olsa da, mütəxəssislərin fikrincə, onun mənşəyi qədim qalların işlətdikləri sluagh-ghairm (döyüşə çağırış) ifadəsi ilə bağlıdır.

2. Bax: şüar.

Jurnalistika terminləri lüğəti