Məişətdə, qeyri-formal ünsiyyətdə istifadə olunan dil; dilin funksional üslublarından biri.
D.D.-nin başlıca funksiyası kommunikasiya (ünsiyyət), əsas əlaməti isə nitqin sərbəstliyidir. O, ədəbi dildən ekspressivliyi, fikri ifadə edərkən bəzən sözlərin məntiqi ardıcıllığının pozulması, dialektlərdən istifadə olunması və s. ilə fərqlənir. İki sosial qrupun D.D. də bir-birindən fərqlənə bilər və ədəbiyyatda, jurnalistikada bu xüsusiyyətdən kolorit yaratmaq üçün istifadə olunur.
Jurnalistika terminləri lüğəti