Cəmiyyətin və ya onun bir hissəsinin siyasi davranışını istiqamətləndirmək, siyasi baxışlarını formalaşdırmaq, yaxud dəyişdirmək məqsədi daşıyan reklam.
S.R. partiyaların, dövlət orqanlarının, siyasi həyatda iştirak edən ictimai təşkilatların (şəxslərin) addımlarını, ideyalarını, mühüm məsələlərə münasibətini yaymaq, onların təbliğatını aparmaq üsulları və vasitələrinin cəmidir. S.R., əsasən, cəmiyyətdə böyük siyasi kampaniyalar həyata keçirilən dövrlərdə (seçki, referendum) vüsət alır, kommersiya xarakteri daşımır, lakin, demək olar, kommersiya reklamı ilə eyni texnologiyalardan yararlanır. Bu iki reklam tipi arasında başlıca fərq onların məqsədindədir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti