ital. pilota – gəmi bələdçisi
1. Filmin epizodunun, proqramın bir buraxılışının, serialın bir hissəsinin sınaq çəkilişi.
P.-ları nümayiş etdirməkdə məqsəd auditoriyanın mümkün reaksiyasını öyrənmək, sponsorların, reklam sifarişçilərinin diqqətini yeni məhsula cəlb etməkdir.
2. Dövri nəşrin nümunə, sınaq kimi buraxılmış sayı, nüsxəsi.
Ona «sıfırıncı nömrə» də deyilir. P. nömrə auditoriyanın nəşrə reaksiyasını öyrənmək, istehsal prosesini nizamlamaq, həmçinin investorların, səhmdarların, reklam sifarişçilərinin diqqətini ona cəlb etməkdir. Bəzən köhnə qəzet və jurnallar da məzmunda, dizaynda ciddi dəyişikliklər etdikdə P. nömrə buraxır.
Jurnalistika terminləri lüğəti