Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

jarqon

fr. jargoun – təqlidi söz, «qar-qur»

Peşə, yaş, sosial vəziyyət və s. əla­mət­lərinin oxşarlığı ilə seçilən ictimai qrupun, zümrənin üzvlərinin ünsiyyətdə istifadə etdikləri, başqaları üçün anlaşılmaz söz və ifadələr.

J.-lar ədəbi dilin normalarına uyğun gəlmir, ümumişlək ifadələr sırasına  daxil olmur. Medianın dilində J.-ların işlədilməsi yalnız xüsusi hallarda, məsələn, müsahibə verən şəxsin nitq xüsu­siy­yət­lərini olduğu kimi saxlamaq zərurəti ya­ran­dıqda məqbul sayılır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti