lat. vulgaris – adi, sadə < lat. vilgus – kütlə
Sadə xalq dilində işlədilən, lakin ədəbi dildə istifadəsi yolverilməz olan çox kobud söz və ifadələr.
V.-lər bədii mətnlərə nadir hallarda, personajların dilini xarakterizə etmək üçün daxil edilir. Jurnalistikada V.-lərin istifadəsi, ümumiyyətlə, peşə etikası normalarından kənar hesab olunur. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında media işçilərindən V.-lərin, jarqonların istifadəsindən çəkinmək, dilin təmizliyini qorumaq tələb edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti