Ümumxalq seçkiləri zamanı namizədlərin, onları dəstəkləyən qrupların öz nəzəriyyə və ideyalarını kütlə içərisində yayması.
Seçkiqabağı dövrdə əhalinin siyasi fəallığı artır və partiyaların təbliğat aparmaq imkanları xeyli genişlənir. Buna görə hətta səsvermədə qələbə qazanmaq şansı olmayan namizədlər də strateji məqsədlərdən çıxış edərək S.T. sahəsində işin qurulmasına böyük diqqət yetirirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiVətəndaşların, siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti.
S.T., əsasən, KİV ilə, kütləvi tədbirlərin keçirilməsi, çap məhsullarının, audiovizual və digər təşviqat materiallarının istehsalı və yayılması yolu ilə həyata keçirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSeçkiqabağı təşviqatın aparılması üçün həyata keçirilən silsilə tədbirlər, seçki hərəkətləri.
S.T.K. seçkilərdən bir neçə ay, yaxud bir neçə həftə əvvəl başlanır (bu müddət qanunla müəyyənləşdirilir) və səsverməyə bir gün qalmış dayandırılır. KİV ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında həyata keçirilir. Hər bir qeyri-dövlət kütləvi informasiya vasitəsi S.T.K.-nda iştirak edib-etməməyi sərbəst şəkildə müəyyənləşdirir. Dövlət (ictimai) mülkiyyətində olan medianın kampaniyada iştirak forması qanunvericiliklə tənzimlənir. S.T.K.-na qoşulmuş KİV namizədlərə bərabər imkanlar yaratmaq, onların təşviqat materiallarına öz şərhlərini əlavə etməmək kimi qismən qanunlarla, əsasən, beynəlxalq sənədlər və peşə kodeksləri ilə müəyyənləşdirilmiş şərtlərə əməl etmək öhdəliyi daşıyır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. Sequentiel couleur a memoire – «yaddaşı olan ardıcıl rəng» sözlərindən yaradılmış abreviatura
Əsasən, Fransada, Şərqi Avropa ölkələrində, keçmiş SSRİ respublikalarında, Mərkəzi və Şimal-Qərbi Afrikada geniş istifadə olunmuş rəngli analoq televiziya sistemi.
S. formatında televiziya kadrı 50 hers tezliyində 625 sətrə ayrılır. Bu format 1960-cı illərdə ilk dəfə Fransada hazırlanıb, 2000-ci illərdə rəqəmsal televiziya standartı DVB ilə əvəzlənməyə başlanıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. sector < seco – kəsirəm, ayırıram
1. Bütöv strukturun bir bölməsi; məs.: ictimai əlaqələr şöbəsinin media sektoru.
2. Disklərdə, digər yaddaş qurğularında informasiyanın saxlanması üçün ən kiçikölçülü yuvacıq.
S.-lar birləşib nisbətən iriölçülü informasiyanın saxlandığı klasterlər təşkil edir.
Jurnalistika terminləri lüğətiing. selfie – öz-özünü
1. Şəxsin fotokamera, vebkamera ilə öz şəklini çəkməsi.
2. Şəxsin öz-özünü çəkdiyi şəkil, avtoportretin bir növü.
S.-ni, adətən, mobil telefona quraşdırılmış kamera ilə uzadılmış əl məsafəsindən çəkirlər, buna görə də şəkillərin xüsusi rakursu olur. Əksər hallarda S.-ni dərhal sosial şəbəkələrdə yerləşdirir, müzakirəyə çıxarırlar. Fotoqrafların öz şəkillərini çəkməsi hallarına XIX–XX əsrlərdə də rast gəlinməsinə baxmayaraq, bu fenomen 2000-ci illərdə, məhz smartfonların geniş yayılması ilə əlaqədar populyarlaşıb. Terminin özü də 2002-ci ilin sentyabrında Avstraliyda ABC onlayn internet forumunun istifadəçiləri tərəfindən yaradılıb və sürətlə bütün dünyada yayılıb.
Jurnalistika terminləri lüğətilat. seminarium – şitillik, istixana
1. Tələbələrin öz müəllimlərinin rəhbərliyi altında apardıqları elmi-təcrübi araşdırmalar üzrə məruzələri təqdim və müzakirə etdikləri məşğələ, dərs forması.
2. Hər hansı problemin həlli üzərində çalışan mütəxəssislərin, yaxud eyni peşə sahiblərinin ixtisaslarını artırmaq üçün təşkil edilmiş praktik məşğələ.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. sensation < lat. sensus – duyğu, hiss
Cəmiyyətdə güclü həyəcan doğuran hadisələr və bəyanatlar haqqında məlumatlara aludəlik, onlardan sui-istifadəyə meyillilik.
Bəzi KİV auditoriyanın diqqətini cəlb etmək üçün sensasiya, qalmaqal yaratmağa çalışır və bu məqsədlə özlərindən hadisə uydurur, yaxud faktları şişirdir, qəsdən təhrif edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. sensus – duyğu, hiss
Xarici mühitdə baş verən dəyişikliyi (işıq, temperatur, səs, toxunuş və s.) dərhal hiss edən element, qəbuledici.
S. mühitdən aldığı informasiyanı siqnala çevirərək ani olaraq ötürür və qurğunun, yaxud orqanizmin cavab reaksiyasını təmin edir.
Jurnalistika terminləri lüğətilat. censor < censere – qiymətləndirmək, nəzərdən keçirmək
Fikir və ideyaların yayılması, informasiyanın əldə olunması, istifadə edilməsi və ötürülməsi, çap məhsullarının, teleradio verilişlərinin, kino əsərlərinin, bədii sənət nümunələrinin məzmunu və yayımı üzərində nəzarət sistemi.
S. rəsmi (açıq) və qeyri-rəsmi (gizli) formada həyata keçirilə bilər. Rəsmi S. hakimiyyət tərəfindən xüsusi olaraq yaradılmış orqanlar vasitəsilə tətbiq edilən dövlət S.-sıdır. Dövlət S.-sı diktaturalara və avtoritar rejimlərə xasdır. Lakin bəzi hallarda, məsələn, müharibə vaxtı demokratik ölkələrdə də müvəqqəti S. yeridilə bilər. Qeyri-rəsmi S. ayrı-ayrı nazirliklər, monopolist kommersiya təşkilatları, hətta rəhbər vəzifəli şəxslər tərəfindən tətbiq olunur, informasiyanın yayılmasına qeyri-qanuni qadağalar qoymaqla, iqtisadi, texniki, yaxud birbaşa zorakı üsullarla həyata keçirilir; məsələn, KİV-in istehsal və yayımını nəzarətə götürərək, satışına əngəllər törədərək onun müflisləşdirilməsi – iqtisadi S., saytlara girişin məhdudlaşdırılması, radio və televiziya yayımına süni maneələr yaradılması isə texniki S.-dır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti