ing. Digital Video Broadcasting – «rəqəmsal video yayım» sözlərinin baş hərflərindən ibarət abreviatura
Rəqəmsal yayım standartları ailəsi.
Bu standartları dünyanın aparıcı telekompaniyaları və müvafiq avadanlıq istehsalçıları tərəfindən 1991-ci ildə yaradılmış, 1993-cü ildən DVB Project – Digital Video Broadcasting Project (rəqəmsal video yayım layihəsi) adı almış beynəlxalq konsorsium hazırlayıb. Standartlar tətbiq sahəsinə görə qruplara bölünür: DVB-S peyk yayımı, DVB-C kabel yayımı, DVB-T yerüstü efir yayımı, DVB-H mobil yayım üçün nəzərdə tutulub və s.
Jurnalistika terminləri lüğəti