Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sarı mətbuat

Oxucu diqqəti cəlb etmək ­xa­tirinə qalmaqal, sensasiya yaratmağa meyil edən, şayiələrə, uydurmalara, əylən­cəli və hətta qadağa qoyulmuş mövzulara geniş yer verən, adətən, ucuz qiymətə sa­tılan çap kütləvi informasiya vasitələri.

Termin XIX əsrin sonunda ABŞ-da yaranıb və sonradan Avropada yayılıb. 1895-ci ildə Cozef Pulitserin New York World qəzeti «sarı köynəkli oğlan»ın komikslərini çap etməyə başlayıb. Təxminən həmin vaxtlarda Uil­yam Hörstün New York Journal qəzeti də eyni görkəmli uşağın komikslərinin ardıcıl nəşrinin əsa­sını qoyub. Komiks tezliklə populyarlaşıb və qəzetlər arasında «sarı köynəkli oğ­lan»ın kimə məxsus olması üstündə müharibə başlayıb. Nüfuz­lu New York Press qəzeti professional dairələrdə sensasiyaçılıqda ittiham olunan hər iki nəşri ikrahla «sarı mətbuat» adlandırıb. 1898-ci ildə bu qəzet yazırdı: «Biz onlara ona görə sarı deyirik ki, onlar həqiqətən sarıdır».

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti