Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

müzakirə

Hər hansı mövzu, məsələ ba­rədə müəyyən mülahizə yürütmək, nə­ti­cəyə gələrək qərar çıxarmaq üçün onun kollektiv surətdə araşdırılması, ümumi fikir mübadiləsi.

M. jurnalist materiallarının, xüsusilə radio və televiziya verilişlərinin geniş istifadə olunan formatı, məzmunun təqdimat üsuludur. M. bir metod olaraq müxtəlif jurnalistika janrlarının əsasında dayanır. Tok-şoular, debatlar, dəyirmi masalar mahiyyət etibarilə M. formalarıdır.

Jurnalistika terminləri lüğəti