lat. forum – məclis
1. Mühüm məsələlərin müzakirəsi üçün çoxsaylı dövlət, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən böyük toplantı, yığıncaq.
Bu anlayışa cəmiyyət həyatının müxtəlif sahələrində (siyasi, iqtisadi, dini, sosial, ekoloji) rast gəlinir. Adətən, F.-lar müəyyən zaman ardıcıllığı ilə keçirilir. Terminin özü isə Qədim Romada xalq yığıncaqlarının təşkil olunduğu mərkəzi bazar meydanının adından götürülüb.
2. Bir çox kütləvi informasiya vasitələrində mühüm problemlərin ictimaiyyət nümayəndələri və rəsmi şəxslərin iştirakı ilə müzakirəsinə həsr edilmiş proqramların adı, materialların yerləşdirildiyi qəzet-jurnal rubrikası; məs.: «İqtisadi forum» verilişi.
3. İstifadəçilərin hər hansı konkret mövzuda qeydlərini yerləşdirə, informasiya və fikir mübadiləsi apara bilməsi üçün yaradılmış sayt, yaxud saytın bölməsi.
Jurnalistika terminləri lüğəti