fr. Sequentiel couleur a memoire – «yaddaşı olan ardıcıl rəng» sözlərindən yaradılmış abreviatura
Əsasən, Fransada, Şərqi Avropa ölkələrində, keçmiş SSRİ respublikalarında, Mərkəzi və Şimal-Qərbi Afrikada geniş istifadə olunmuş rəngli analoq televiziya sistemi.
S. formatında televiziya kadrı 50 hers tezliyində 625 sətrə ayrılır. Bu format 1960-cı illərdə ilk dəfə Fransada hazırlanıb, 2000-ci illərdə rəqəmsal televiziya standartı DVB ilə əvəzlənməyə başlanıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti