Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

rəqəmsal televiziya

Təsvirin və səsin rəqəmli simvollardan ibarət ardıcıl kodlar şəklində uzaq məsafəyə ötürülməsi və qə­bulunu təmin edən texnoloji sistem.

R.T. həm təsvirin və səsin yüksək keyfiyyətini, həm də interaktiv televiziya sistemləri yaradılmasını təmin edir, studiya avadan­lıqlarının funksional imkanlarını xeyli ­ge­nişləndirir. R.T.-nın DVB (Avropa), ATSC (Şimali Amerika), İSDB (Yaponiya), DTMB (Çin) kimi müxtəlif sistemləri var. Azər­baycanda DVB standartında R.T.-ya keçid texniki cəhətdən 2014-cü ilin sonunda yekunlaşdırılıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti