Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yaddaş

1. İnformasiyanın qorunub sax­lanılması üçün qurğu, kompüterin mühüm hissəsi.

Kompüterdə istifadə olunan ­proqramlar, yerinə yetirilən əməliyyatlar, işlənilən informasiyalar buraya yazılır. Y.-ların müxtəlif növləri var. Onları iki qrupa bölmək olar: daxili Y. qurğuları, xarici Y. qurğuları. Daxili Y. daimi, operativ və keş Y.-dan ibarətdir. Daimi Y.-da (ingiliscə ROM – Read Only Memory) kompüterin əsas proq­ram təminatı saxlanılır, bu proqramları dəyişmək olmaz, yalnız oxumaq müm­kün­dür. Operativ Y. (ingiliscə RAM – Random Access Memory) cari əməliyyat zamanı istifadə olunan, kompüter söndürüldükdə orada saxlanılan bütün verilənlərin silindiyi Y.-dır. Keş Y. prosessorla əsas Y. arasında kiçik tutuma və yüksək işləmə sürətinə malik qurğudur. Keş Y.-ın dövri yenilənməsi tələb olunmur, buna görə ona statik Y. da (SRAM) deyilir. Xarici Y. qurğuları isə kom­püterdən ayrı saxlanıla, daşıdığı informa­siya dəfələrlə silinib yenidən yazıla bilən güclü, adətən, yüksək tutumlu Y. növləridir (fləş Y.-lar, DVD ROM-lar, ZİP Y.-lar və s.). 

2. Kompüterin daxili və xarici yaddaş qurğularının tutumu, saxlaya biləcəyi informasiyanın maksimum həcmi.

Daxili Y. nə qədər böyük tutuma malikdirsə, kompüter bir o qədər güclü sayılır və əksinə.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti