Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

monofonik səsyazma

yun. monos – tək + yun. phone – səs

Bir neçə mənbədən gələn səs dalğalarını eyni maddi daşıyıcı üzərində (kanalda) cəmləyən səsyazma üsulu.

Bu üsulla yazılmış səs vahid qur­ğudan (məs.: reproduktordan) can­lan­dı­rılır, nəticədə ayrı-ayrı mənbələrə uyğun səslərin tembri dəyişir, eşidilmə dəqiqliyi azalır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

monoloq

yun. monos – tək + yun. logos – nitq

Televiziyada, radioda aparıcının, veriliş iştirakçısının, tamaşada və filmdə aktyorun uzun, fasiləsiz nitqi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

montaj

fr. montage – toplama, birləş­dir­mə

1. Televiziyada, radioda, kinematoq­rafda filmin, yaxud verilişin ilkin çəkiliş (səsyazma) materiallarının ayrı-ayrı fraqmentlərinin məntiqi ardıcıllıqla birləş­di­rilərək kompozisiya baxımından bütöv hala gətirilməsi prosesi.

M. yalnız texniki ­pro­ses deyil, o həm də yaradıcı mahiyyət da­şıyır, filmin, verilişin keyfiyyətinə ciddi təsir göstərir, ideyanın, xarakterlərin dol­ğun və düzgün çatdırılmasına xidmət edir. 

2. Bax: fotomontaj.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

montaj otağı

fr. montage – toplama, bir­ləşdirmə

Montaj prosesini texniki cəhətdən həyata keçirmək üçün xüsusi avadanlıqla təchiz olunmuş yer, qapalı sahə.  

Jurnalistika terminləri lüğəti

montaj sıçrayışı

fr. montage – toplama, birləşdirmə

Eyni obyektin rakursuna və çəkiliş bucağına görə oxşar olan, ancaq tam üst-üstə düşməyən iki planının ardıcıl bir­ləşdirilməsi zamanı gözəçarpan montaj təhrifi.

Buna «qaçan kadr» da deyilir.

Jurnalistika terminləri lüğəti

montaj növləri

fr. montage – toplama, birləşdirmə

Verilişin, filmin montaj üsul­larının təsnifatı.

Montaj zamanı istifadə edilən texnologiyadan, yaradıcılıq metodundan və s.-dən asılı olaraq müxtəlif təsnifat formaları mövcuddur. Lakin daha çox dina­mik və ardıcıl montaj növləri fərq­lən­dirilir. Dinamik montaj çarpaz, paralel, assosiativ, psixoloji montaj biçimlərini əhatə edir. Ardıcıl və ya mexaniki montajdan daha çox, xəbər süjetlərinin hazır­lanmasında və informasiya verilişlərində istifadə olunur.

Jurnalistika terminləri lüğəti