İnformasiyanın rəqəmsal siqnallara çevrilərək hazırlanması, yazılması, işlənməsi, emalı, saxlanması, ötürülməsi üçün tətbiq edilən metodların, istifadə olunan vasitələrin və vəsaitlərin məcmusu.
R.T.-lar informasiyanın təhrif olunmasının qarşısını alır, hazırlanması və idarə edilməsi imkanlarını müqayisəyəgəlməz dərəcədə genişləndirir, saxlanmasını asanlaşdırır, zədələnmiş sənədlərin yüksək keyfiyyətlə bərpasına imkan verir və s. R.T.-lar əsasında çalışan elektron avadanlıq, cihaz və qurğulara rəqəmsal texnika deyilir. Buraya kompüterlər, kameralar, fotoaparatlar, skanerlər, printerlər, diktofonlar, rabitə qurğuları, çap dəzgahları və s. daxildir.
See also:
Jurnalistika terminləri lüğəti