Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

plan

lat. planum müstəvi

1. Məqalənin, verilişin hazırlanması üçün əvvəlcədən dü­şünülmüş, ardıcıl surətdə həyata keçirilən tədbirlər sistemi; məs.: jurnalist araş­dır­masının P.-ı, ssenari P.-ı.

2. Hazırlanacaq məqalənin, verilişin, süjetin strukturunu, onların ayrı-ayrı hissələrinin məğzini və ar­dıcıllığını əks etdirən arayış, xülasə; məs.: məqalənin P.-ı.

3. Redaksiyanın müəyyən vaxt ərzində işıqlandırmağı nəzərdə tut­duğu mövzuların siyahısı; məs.: nömrənin P.-ı, tematik P.

4. Kameraya düşmüş ob­yektin fəzada yeri, təsvir miqyası və daşıdığı məna yükü.

Bu parametrlər üzrə bölgü şərti xarakter daşıyır. Miqyasına görə ob­yektlər iri, orta və ümumi P.-lara, fəzada vəziyyətinə görə birinci (ön), ikinci (orta) və uzaq (arxa) P.-lara, məna yükünə görə əsas və ikincidərəcəli (fon) P.-larına ayrılır.

Jurnalistika terminləri lüğəti