Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya böhranı

1. İnkişaf edən intellektual imkanlarla daha böyük sürətlə genişlənən informasiya axını arasında ya­ra­­nan uyğunsuzluq.

Bu böhranın ma­hiy­yə­ti ondan ibarətdir ki, adamlar aldıqları in­­­for­masiyanı tam həcmdə qavramağa ma­­­cal tapmırlar.  İ.B. müxtəlif formalarda tə­­zahür edir: informasiya kütləsi insanın onu emal etmək bacarığını üstələyir; isti­fa­­dəçi əksər hissəsi faydasız olan mə­lu­matla­rın arasın­dan özü üçün lazımi in­­­­­for­­masiyanı seçə bilmir; məlumatların yayılması qar­şısında iqtisadi, siyasi, tex­noloji maneələr yaranır.

2. İnformasiyaya real tələbatın lazımi qaydada ödənilmə­mə­­si nəticəsində hər hansı sistemin fəa­liy­yə­tində yaranan pozğunluq.

Tam ol­­­­­­ma­yan, yanlış, yaxud çatışmayan məlu­matlar elmi araşdır­ma­larda, istehsal pro­sesində, sosial müna­sibətlərdə ciddi prob­lemlərə, böhran vəziyyətinə səbəb ola bilər.

Jurnalistika terminləri lüğəti

informasiya cəmiyyəti

Əhalinin böyük his­səsinin müasir texnologiyalardan isti­fadə et­məklə informasiyanın və onun ali for­ma­sı kimi biliyin istehsalı, saxla­nıl­ması, emalı, ötürülməsi ilə məşğul olduğu cə­miy­­yət.

Cəmiyyətin bu inkişaf mər­hə­lə­si­ üçün ictimai həyatda informasiyanın, bi­­­liklərin və tex­no­logiyaların rolunun art­ması, infor­ma­siya məhsulları və xid­mət­lərinin isteh­salı ilə məşğul olan in­sanların sayının üs­­tün­lük təşkil etməsi, informasiyalaşdırmanın yük­sək həddə çat­ması, ­qlo­bal informasiya mühitinin tam for­ma­­laşması, elektron de­mokratiya, elektron hökumət və elektron şəbəkələrin ən geniş səviyyədə yayılması xarakterikdir. İ.C. kon­sepsiyası 1960-cı il­lərdə yaradılıb və ilk vaxt­lar Ya­poniyada, ABŞ-da inkişaf etdi­rilib.

Jurnalistika terminləri lüğəti

informasiya dizaynı

İnformasiyanın ­bə­dii-texniki tərtibatı, təqdimatı üsulları və formalarının vəhdəti, dizaynın bir nö­vü.

İ.D.-nda yalnız məlumatın estetik görü­nüşü deyil, həm də funksional xü­su­siy­yətləri, istifadəyə yararlılıq və sə­mərəlilik baxı­mından keyfiyyətləri, qa­v­­ra­­­nılmasının psi­xo­loji aspektləri, digər faktorlar nəzərə alınır. İ.D. «informasiyanın struktur dizay­nı», «informasiyanın arxi­tekturası» da ­ad­landırılır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

informasiya inqilabı

İnformasiyanın emalı sahəsində ciddi keyfiyyət dəyişik­likləri ilə əlaqədar cəmiyyətin inkişafında baş verən sıçrayışlar və ictimai münasibət­lərin yeniləşməsi mərhələləri.

İ.İ.-larına dair müxtəlif konsepsiyalar mövcuddur. Bu konsepsiyalardan birinə görə, bəşər tari­xi – informasiya texnologiyalarının inkişafı tarixidir və İ.İ.-ları e.ə. III minillikdə şu­merlərin yazını icad etməsi ilə başlanıb. Sonrakı inqilab mərhələləri kimi Avropada kitab çapı texnologiyasının (XV əsr), elektrik rabitə­sinin (XIX əsr), elektron he­sablayıcı tex­ni­kanın (XX əsrin ortaları) ya­ranması ta­rixləri və nəhayət, informasiya cəmiyyətinin for­malaşmağa baş­ladığı dövr (XX əsrin sonları) göstərilir. Digər alimlər İ.İ.-larının tarixini sənaye ­in­qilabı döv­ründən (XIX əsr) he­sablayır, üçü­n­cülər onu kompüterin, mikroprosessor tex­no­lo­gi­yasının və internetin ixtirası ilə (XX əsrin ikinci yarısı) bağlayır. Bu bölgü sis­temlərinin hamısı şərti xarakter daşıyır.

Jurnalistika terminləri lüğəti