Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

eksklüziv

lat. excludo – istisna edirəm

1. Yeganə, təkrarsız.

Jurnalistikada bu ter­min­dən fakt və hadisələrlə bağlı digər media orqanlarının malik olmadığı infor­masiyanı, yaxud materialı yayarkən istifadə edirlər. E. xəbər, E. müsahibə, E. reportaj terminləri məhz belə məlumatlara şamil olunur. Onlar orijinallığı və təkrarsızlığı ilə böyük auditoriya marağına səbəb olur.

2. Yalnız bir nəfərə, bir təşkilata məxsus olan; məs.: E. reklam hüququ, E. işıq­lan­dırma hüququ.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti