Əhalinin böyük hissəsinin müasir texnologiyalardan istifadə etməklə informasiyanın və onun ali forması kimi biliyin istehsalı, saxlanılması, emalı, ötürülməsi ilə məşğul olduğu cəmiyyət.
Cəmiyyətin bu inkişaf mərhələsi üçün ictimai həyatda informasiyanın, biliklərin və texnologiyaların rolunun artması, informasiya məhsulları və xidmətlərinin istehsalı ilə məşğul olan insanların sayının üstünlük təşkil etməsi, informasiyalaşdırmanın yüksək həddə çatması, qlobal informasiya mühitinin tam formalaşması, elektron demokratiya, elektron hökumət və elektron şəbəkələrin ən geniş səviyyədə yayılması xarakterikdir. İ.C. konsepsiyası 1960-cı illərdə yaradılıb və ilk vaxtlar Yaponiyada, ABŞ-da inkişaf etdirilib.
Jurnalistika terminləri lüğəti