Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yayım növü

Yayımçının istifadə etdiyi yayım üsulu və ötürdüyü materialların xarak­terindən asılı olaraq həyata keçirilən bölgü sistemi.

Y.N. proqram konsepsiyasının tər­kib hissəsidir və dövlət tərəfindən ya­yım­çıya verilən lisenziyada (xüsusi razı­lıq­da) öz əksini tapır: televiziya yayımı, radio yayımı, əlavə informasiya yayımı, qapalı teleradio şəbəkəsi yayımı və s. Mahiy­yət etibarilə Y.N. çox geniş anlayışdır, ona görə bir çox hallarda fərqli mənalarda da işlə­dilir; məsələn, bəzi rəsmi sənədlərdə, dərs­­­­liklərdə analoq yayımrəqəmsal yayım, digər­lərində konkret mövzunu əha­tə edən və konkret auditoriyaya ünvanlanan proqramlar (musiqi, ədəbi-dram və s.) da Y.N.-lə­ri adlandırılır.

Jurnalistika terminləri lüğəti