Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

analoq yayım

Tərkib hissə­lərinə bölün­məz informasiya siqnalları da­şıyan elektromaqnit dalğaları vasitəsilə səs və təsvirin ardıcıl ötürülməsi üsulu, habelə bu üsula əsaslanmış teleradio sistemi.

A.Y. zamanı qəbulediciyə göndərilən siqnal kodlaş­dırıl­mır. Təsvirin yüksək keyfiyyətini və ma­neəsiz yayımı təmin etmək baxımından bu sistemin imkanları məhduddur. XXI əsrin əvvəlindən etibarən bütün dünyada tele­viziyanın yaranışından tətbiq edilən A.Y. sistemindən rəqəmsal yayıma keçid mər­hə­ləsi başlayıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti