yun. tektonikos – tikintiyə aid
Litosferin tədricən üfüqi istiqamətdə hərəkət edən tavalardan ibarət olması haqqında nəzəriyyə.
Bu nəzəriyyə Yerin seysmik və vulkanik fəallığının, Yer qabığının deformasiyasının, materiklərin yerdəyişməsinin səbəblərini izah edir. T.T. konsepsiyasına görə, hissələrə bölünmüş litosferin altında nisbətən yumşaq astenosfer qatı yerləşir və həmin hissələr – tavalar bu qatın üzərində milyon illərlə hərəkət edərək a) bir-birindən aralanır; b) bir-birinə yaxınlaşır; c) paralel sürüşür. T.T. nəzəriyyəsini XIX əsrin sonu – XX əsrin əvvəllərində alman və ingilis alimlərinin irəli sürdükləri fərziyyələr əsasında 1960-cı illərdə bir qrup amerikalı geofizik formalaşdırıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti