Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

litosfer

yun. lithos – daş + yun. sphaira – kürə, təbəqə

Yer qabığını və mantiyanın astenosferədək olan üst qatını əhatə edən bərk təbəqə, örtük.

L.-in qalınlığı Yerin ayrı-ayrı sahələrində müxtəlif olur və kəskin dəyişir. Materiklərin altında o, qalın (məs.: Himalay dağlarında 90-100 km), okeanların altında nazikdir (məs.: Sakit okeanda bəzən 5-10 km). Konkret sahədə L. qalınlığını seysmik dalğaların sürətinə əsasən müəyyənləşdirirlər: astenosferə çatdıqda dalğaların sürəti azalır və bu, süxurların plastikliyinin dəyişdiyini göstərir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti