yun. asthenes – zəif + yun. sphaira – kürə
Litosferin altında, Yerin mantiyasının üst hissəsində yerləşən nisbətən yumşaq, elastik təbəqə.
A.-in yuxarı sərhədi materiklərin altında 100 km, okeanların altında təxminən 50 km dərinlikdən keçir, aşağı sərhədinin isə 250 km dərinlikdə olduğu güman edilir. Fərziyyələrə görə, A. tektonik və maqmatik proseslərdə, litosfer tavalarının şaquli və üfüqi hərəkətlərində, Yer qabığının altında maddələrin yerdəyişməsində mühüm rol oynayır. Bu termini elmə XX əsrin əvvəlində amerikalı geoloq Cozef Barrel daxil edib.
Coğrafiya terminləri lüğəti