Reklam
Reklam

Tarix terminləri lüğəti

oliqarxiya

yun. oligarchia < oliqos – azsaylı + arche – hakimiyyət

Hakimiyyətin azsaylı qapalı qrupun əlində cəmləşdiyi siyasi rejim.

Bu tip rejim vətəndaşların deyil, O.-nı təşkil edən insanların şəxsi və qrup maraqlarına xidmət edir. İqtisadiyyatın aparıcı sahələri və siyasi hakimiyyət ya birbaşa hökumət üzvlərinin, ya da hökumətin qərarlarına həlledici təsir göstərmək imkanına malik məhdud dairənin tam nəzarətinə keçir. O. kollegial avtoritarizm də adlandırılır. İlkin mənasında O. bir qrup varlı adamın hökmranlığı kimi başa düşülüb. Aristotel O.-nı aristokratiyanın təhrif olunmuş və eybəcərləşdirilmiş forması kimi qiymətləndirib.

Tarix terminləri lüğəti