yun. aristos – əsilzadə, kübar adam, ən yaxşı + kratos – hakimiyyət
1. Dövlət hakimiyyətinin imtiyazlı kübar (aristokrat) azlığın əlində cəmləşdiyi idarəçilik forması.
A.-nın əsasında dövlətin yalnız seçilmişlər, ən yaxşılar tərəfindən idarə olunması ideyası durur. Bu idarəçilik forması həm hökmdarın təkbaşına irsi hakimiyyətinə əsaslanan monarxiyadan, həm də xalqın seçkili hakimiyyəti olan demokratiyadan fərqlənir. O bəzi antik şəhər-dövlətlərinə (Qədim Roma, Afina, Sparta və s.) xas olub. A.-nın əlamətləri orta əsr Avropa respublikalarının bəzilərində də (məs.: Venesiyada) özünü göstərir.
2. Cəmiyyətdə ali silk, imtiyazlı təbəqə (məs.: Romada patrisilər, Afinada evpatridlər).
3. Hər hansı sosial təbəqə və ya qrupun imtiyazlı yuxarı təbəqəsi (məs.: fəhlə A.-sı, maliyyə A.-sı və s.).
A. termini ilk dəfə elmi dövriyyəyə qədim yunan filosofları – Platon və Aristotel tərəfindən daxil edilib.
Tarix terminləri lüğəti