yun. neuron – əsəb + lat. lingua – dil və yun. pro – öncə + yun. gramma – yazı
İnsanların nitqini, davranışını dil-məntiq üsulları ilə modelləşdirməklə müəyyən nəticənin əldə olunmasına yönəldilmiş texnologiya.
N.P. 1970-ci illərdə Kaliforniya universitetində (ABŞ) müəllim-tələbə qrupu tərəfindən insanlara uğur qazanmağa kömək etmək üçün yaradılıb, hətta ona «uğur planı» adı da verilib. Yeni texnologiya dərhal radio-televiziya sahəsində çalışan mütəxəssislərin, media texnoloqlarının da diqqətini cəlb edib: verilişlərin, çıxışların ictimai rəyə şüuraltı təsir gücünü artırmaq imkanı onlara maraqlı görünüb. Lakin N.P.-nın xüsusi səmərəliliyi sübuta yetirilmədiyi üçün, habelə ondan qərəzli məqsədlərlə istifadə etməyin mümkünlüyünü nəzərə alaraq elmi dairələrdə bu texnologiyaya şübhə və ehtiyatla yanaşırlar. Buna baxmayaraq müxtəlif treninq mərkəzləri N.P. üzrə təlim kursları təşkil edir, bu sahədə çoxlu sayda ədəbiyyat nəşr olunur, araşdırmalar davam etdirilir; məs.: «Televiziya neyrolinqvistik proqramlaşdırma vasitəsi kimi» (2004, Tambov universiteti).
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti