yun. neuron – əsəb + lat. lingua – dil
İnsanın əsəb sistemi və beyin mexanizmləri ilə onun dili və nitqi arasında əlaqəni öyrənən elm sahəsi.
N. bir əsrdən çox davam edən tədqiqatlar, dildə və nitqdə yaranan pozuntuların səbəblərinin araşdırılması nəticəsində XX əsrin ortalarında psixologiya, nevrologiya, linqvistika kimi elmlərin qovuşuğunda yaranıb. Tezliklə jurnalistika bu yeni təlimin həm tədqiq, həm də tətbiq sahələrindən birinə çevrilib. Medianın dil vasitəsilə insanların düşüncələrinə, davranışlarına təsir formaları böyük maraq doğurur; məsələn, siyasi liderin televiziya ilə çıxışlarında hansı sözlərdən daha çox istifadə etdiyi, hansı fikirləri daha çox təkrarladığı müəyyənləşdirilir, jestləri və intonasiyası təhlil olunur, bunların əsasında onun auditoriyanı nəyə köklədiyi, xalqdan necə reaksiya gözlədiyi barədə nəticə çıxarılır. Eyni zamanda bir sıra jurnalistika mərkəzlərində KİV-in auditoriyaya müsbət təsirini proqramlaşdırmaq üçün N. fənni tədris olunur, xüsusi kurslar açılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti