lat. factum – baş vermiş
1. Həqiqətən olmuş hadisə.
2. Bir qənaətin, fərziyyənin doğruluğunu təsdiq etmək üçün gətirilən dəlil.
3. Jurnalistikada: göz qabağında olan gerçəkliyin fraqmenti.
F. jurnalistikada məhz bu cür anlaşıldığına görə (hər hansı hadisənin gerçəklikdə baş verib-verməməsindən asılı olmayaraq) kiminsə onun haqqında rəy, mülahizə bildirməsi halı da F. adlandırılır. F.-a əsaslanmaq jurnalistlərin peşə etikası kodeksinin əsas tələblərindən biridir. Lakin terminin kifayət qədər geniş izahı bəzən pofessional problemlərin yaranmasına səbəb olur. Bunu nəzərdə tutaraq F. sözünün izahına Oksford lüğətlərində belə bir cümlə daxil edilib: «Hətta ən qabaqcıl jurnalistika da faktlarsız zəifləyərək mövqeyini tamamilə itirə bilər: bu o deməkdir ki, ortada gerçək fakt yoxdur».
Jurnalistika terminləri lüğəti