Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya sahibi

İnformasiya əldə et­mək hüququnu təmin etmək vəzifəsi da­şıyan dövlət orqanları və bələdiyyələr, ictimai funksiyalar yerinə yetirən idarə və təş­kilatlar, həmçinin normativ aktlar, ya­xud müqavilələr əsasında təhsil, səhiyyə, mə­dəniyyət, sosial sahələrdə xidmət göstərən özəl qurumlar və fiziki şəxslər.

Qanun­vericilikdə əmtəə bazarında hökm­­ran mövqe tutan, xüsusi səla­hiy­yətlərə, yaxud təbii inhisara malik olan kom­mersiya təş­kilatları da malların və xidmətlərin təklif edilməsi şərtlərinə, on­ların qiymətlərinə aid məlumatlar üzrə İ.S.-nə bərabər tutulur. Eyni qayda dövlət büdcəsindən ve­rilmiş vəsaitdən və ya dövlətdən ayrılmış əmlakdan istifadəyə aid məlumatlar üzrə bütün qeyri-hökumət təş­kilatlarına, büdcə­dənkənar fondlara, habelə dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya qu­rumlarına şamil olu­nur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti