Reklam
Reklam

Tarix terminləri lüğəti

illiriyalılar

yun. Illyriói; lat. Illyrici

Qədimdə Balkanların şimal-şərqində, Adriatik dənizi sahillərindən Dunay çayının orta axarına qədər olan ərazidə və qismən Apennin yarımadasının cənub-şərqində məskunlaşmış hind-Avropa tayfaları qrupu.

Bu tayfalar barədə ilk məlumatlara e.ə. VI–V əsrlərə aid yunan qaynaqlarında rast gəlinir. E.ə. III əsrdən başlayaraq İ. romalıların hücumlarına məruz qalıblar, e.ə. II əsrin ortalarında isə onların yaşadıqları ərazilər Romadan asılı olan Makedoniyanın nəzarətinə keçib. Bununla belə, eramızın ilk əsrlərinədək İ. romalılara müqavimət göstərməkdə davam ediblər. Yalnız Xalqların böyük köçü zamanı onlar tamamilə assimilyasiyaya uğrayıblar. Hind-Avropa dillərinin paleo-Balkan qrupuna daxil olan İlliriya dili V–VII əsrlərə qədər mövcud olub, sonra isə ölü dilə çevrilib. Bəzi tədqiqatçılar İ.-ın müasir albanların əcdadları olduqları barədə fikir irəli sürürlər.

Həmçinin bax:

Tarix terminləri lüğəti