lat. assimilatio – uyğunlaşma, bənzəmə
Etnoqrafiyada: xalqın bir hissəsinin və ya bütün xalqın əsas özəlliklərini – dilini, mədəniyyətini, milli şüurunu itirərək onları digər xalqdan mənimsədiyi uyğun özəlliklərdə əvəz etməsi.
Bu da son nəticədə A. olunan xalqın digər xalqa qovuşmasına, onun içərisində tamamilə əriməsinə gətirib çıxarır. A. həm könüllü, həm də məcburi (zorakı) formada ola bilər.
Tarix terminləri lüğəti