lat. camera – otaq
1. Şəxsin, hadisənin təsvirlərini çəkmək üçün həmin şəxsin və ya hadisə iştirakçılarının xəbəri olmadan istifadə edilən kamera.
Kamera çəkiliş obyektinin görmədiyi yerdə qoyulduğu, yaxud başqa əşyaların içərisində, üzərində quraşdırıldığı üçün «gizli» adlanır. Yüksəkkeyfiyyətli ultraminiatür G.K. hətta ən adi məişət əşyalarında – qələmdə, eynəkdə, saatda quraşdırıla bilər.
2. Sənədli filmlərin, verilişlərin, süjet və fotoşəkillərin təsviri alınan şəxslərin və ya hadisə iştirakçılarının özlərindən xəbərsiz çəkiliş üsulu.
G.K. üsulu jurnalist təhqiqatlarında ictimai əhəmiyyətli informasiya əldə etməyin başqa yolu qalmadıqda, yaxud təbiiliyə nail olmaq məqsədilə çəkiliş obyektinə hiss etdirilmədən tətbiq olunur. Televiziyada realiti-şou proqramlarında da iştirakçıları qeyri-adi vəziyyətlərdə yaxalamaq üçün G.K. üsulundan spesifik formada istifadə olunur: iştirakçılar həyatlarının bir çox məqamlarının lentə alındığını bilirlər, amma bunun nə zaman, hansı şəraitdə baş verdiyindən xəbər tutmurlar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti