Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

jurnalist təhqiqatı

İctimai əhəmiyyət kəsb edən aktual mövzunun, əsasən, cə­miyyətdən gizlədilməklə topluma təhlükə yarada biləcək hər hansı faktın, hadisənin, problemin hərtərəfli araşdırılması; ən ­mü­­rəkkəb jurnalistika janrlarından biri.

Təh­qiqat prosesində jurnalist müəyyən ha­disənin konkret nəticələrə gətirib çı­xarmış səbəblərini, onun hərəkətverici qüvvələrini, gizli mexanizmlərini üzə çı­xar­mağa çalışır və bunun üçün digər peşə sahələrinə (istintaq, vəkillik, auditorluq, mətnşünaslıq və s.) xas olan metodlardan istifadə edir. Analitik səciyyə daşıyan və «nəyə görə?», «niyə?» suallarına ətraflı ca­vab verən J.T. KİV-in əməkdaşlarından vaxt, yüksək professionallıq, o cümlədən müx­təlif informasiya mənbələri ilə iş ba­ca­rığı tələb edir.

See also:

Jurnalistika terminləri lüğəti