Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DAĞBƏYİ azərb.

mürəkkəb adların tərkibində işlənən dağ sözü və arxaikləşmiş bay (III şəxs məns. ş.) titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dağbəyi (bax: – DAĞ; BƏY) kişi adı yay fəslində dağa, yaylağa köçən köçərilərin inzibati işlərini idarə edən hökumət nümayəndəsi, səlahiyyətli məmur anlamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti