Televiziya və radio kanalının gün, həftə, ay ərzində efirə çıxma, verilişlərini yayımlama ardıcıllığı.
Y.D. proqram konsepsiyasının tərkib hissəsidir və dövlət tərəfindən yayımçıya verilən lisenziyada (xüsusi razılıqda) öz əksini tapır. Ümummilli və transmilli teleradioşirkətlər, həmçinin yerli teleradiokompaniyaların bir çoxu fasiləsiz dövriliyə malikdir.
Jurnalistika terminləri lüğəti