Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yayım üçün lisenziya

Teleradio yayımını həyata keçirmək üçün yayımçılara dövlət orqanları tərəfindən verilən xüsusi icazə və bu icazəni təsdiq edən sənəd.

Həmin sə­nəd yayımçılara tezliklə yanaşı, ötürücü qurğular, xətlər, cihazlar və qəbuledici stansiyalardan da istifadə etmək imkanı yaradır. Y.Ü.L. (xüsusi icazə) müsabiqə əsasında, sə­nədin üzərində göstərilmiş müddətə verilir. Bu müddətdə lisenziyanın qayda və şərtləri pozularsa, məhkəmənin qərarı ilə onun qüvvəsi müvəqqəti olaraq dayandırıla və ya ləğv edilə bilər.

Jurnalistika terminləri lüğəti