Yazılı nitqdə işlənən, nitqin sintaktik-semantik cəhətdən düzgün üzvlənməsinə xidmət edən qrafik işarələr.
Durğu işarələri iki qrupa ayrılır: 1) ayırıcı işarələr (nöqtə, qoşa nöqtə, vergül, nöqtəli vergül, sual işarəsi, nida işarəsi); 2) fərqləndirici işarələr (tire, mötərizə, dırnaq işarələri). Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və s.-ni ayırmaqdır. Fərqləndirici durğu işarələrinə vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən işarələr daxildir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti