Reklam
Reklam

Tarix terminləri lüğəti

senz

lat. censussenseo – siyahıya alıram

1. Qədim Romada vətəndaşların sosial-siyasi, hərbi və vergi vəziyyətini müəyyənləşdirmək məqsədilə onların əmlakı göstərilməklə siyahıya alınması.

Antik rəvayətə görə, S. çar Servi Tulli (e.ə. VI əsr) tərəfindən tətbiq olunub. O, vətəndaşları 5 dərəcəyə bölüb. Hər hansı dərəcəyə mənsubluq vətəndaşların mülkiyyətində olan torpaq sahəsi və daşınmaz əmlakın, sonrakı illərdə isə onlara məxsus pul vəsaitinin miqdarı ilə müəyyənləşdirilib. Vergilərin həcmi S.-dən asılı olub. Belə siyahıyaalma 5 ildə bir dəfə keçirilib. Onun keçirilməsinə öncə çar, sonra konsullar, e.ə. 483-cü ildən senzorlar, imperiya dövründə (e.ə. 27-ci il – eramızın 476-cı ili) isə imperatorlar nəzarət edib.

2. Orta əsrlərdə Qərbi və Mərkəzi Avropada kəndlilərdən alınan vergi, töycü.

3. Şəxsin bu və ya digər siyasi hüquqlardan istifadə etməsi üçün müəyyənləşdirilmiş şərt; məs.: seçkilərdə iştirak üçün yaş senzi.

Tarix terminləri lüğəti