Asılı kəndlilərdən feodalların xeyrinə hər il toplanan vergi.
T. natural (ərzaq), yaxud pul şəklində ödənilib, bununla da biyardan fərqlənib. Belə ki, T. ödəyən kəndli öz iş günündən istədiyi kimi istifadə edə bilib. Orta əsrlərdə Şərq ölkələrinin əksəriyyətində T. dövlət vergisi formasında olub və əsas vergi növlərindən biri sayılıb.
Tarix terminləri lüğəti