lat. imperātor – hökmdar, sərkərdə, rəhbər
İmperiya hökmdarının – monarxın titulu.
İ. kral və çara nisbətən daha yüksək titul sayılır. Qədim Romada respublika dönəmində legionlara başçılıq edən sərkərdələrə verilən bu fəxri hərbi ad Oktavian Avqust (e.ə.63–14) və onun xələflərindən başlayaraq monarx tituluna çevrilib. Bir qayda olaraq, ən böyük monarxiyaların başçıları İ. adlandırılıb.
Tarix terminləri lüğəti