Reklam
Reklam

Tarix terminləri lüğəti

sünnilik

ər. sünnə – adət, nümunə, qayda

İslamda iki ən böyük (şiəliklə yanaşı) cərəyandan biri.

İslamın ortodoksal qolu olan S. ardıcılları dünya müsəlmanlarının təqribən 85–90%-ni təşkil edirlər. S. VII–VIII əsrlərdə xilafət daxilində gedən dini-siyasi proseslər nəticəsində meydana gəlib, IX əsrdə isə tam formalaşıb. Onun tərəfdarları Quranla yanaşı, sünnənin də müqəddəsliyini, habelə ilk dörd xəlifənin qanuniliyini qəbul edirlər, müsəlman icmasının başçısı (imam-xəlifə) məsələsinin həllində “bütün icmanın razılığını” əsas götürürlər. Şiəlikdə isə yalnız Əli və onun varislərinin imamlığı qanuni hesab olunur. Məhz bu səbəbdən şiələr ilk üç xəlifənin (Əbu Bəkr, Ömər və Osman) hakimiyyətinin qanuniliyini qəbul etmirlər. S.-də 4 əsas məzhəb var: hənbəlilik, hənəfilik, şafiilikmalikilik. XVIII–XIX əsrlərdə S.-də vəhhabilik cərəyanı da meydana gəlib. Məkkə və Mədinə sünnilərin müqəddəs şəhərləri sayılır.

Tarix terminləri lüğəti