Reklam
Reklam

Tarix terminləri lüğəti

hənəfilik

Sünnilikdə dörd əsas hüquq məktəbindən birincisi.

Əsası VIII əsrdə Əbu Hənifə tərəfindən qoyulmuş bu məzhəbin ən səciyyəvi xüsusiyyəti onun Quranı bütünlüklə və qeyd-şərtsiz, sünnəni isə yalnız hədislər saf-çürük olunduqdan sonra hüquq mənbəyi kimi qəbul etməsindədir. H. müsəlman hüququnda ilk dəfə olaraq qiyas əsasında şəxsi rəy çıxarmağa icazə verib. O, qeyri-müsəlmanlarla ticarət və məişət əlaqələrinə girmək, eləcə də məişətdə xeyli dərəcədə sərbəst davranmaq imkanı yaradır. Bu cür tolerantlığına görə H. məzhəbi XI əsrdən başlayaraq Anadoluda, Balkanlarda, Şimali Qafqazda, Volqaboyunda, Orta Asiyada, Əfqanıstanda, Hindistanda, Çinin çöllük ərazilərində və İndoneziya adalarında geniş yayılıb. Qızıl Orda xanları, Böyük Moğollar, Osmanlı sultanları H. məhzəbinə mənsub olublar.

Tarix terminləri lüğəti